logo

Rotterdam limanına ildə 2 mln. ton Azərbaycan nefti gətirilir

Views: 49

rotterdam_port_211113Niderland satın aldığı Azərbaycan neftinin həcminin artırılmasında maraqlıdır. Bu barədə cümə axşamı jurnalistlərə Rotterdam şəhərinin meri Əhməd Əbutalib bildirib.

“Hazırda Rotterdam limanına Azərbaycandan 2 mln. ton neft gətirilir ki, bu da limana gətirilən neftin ümumi həcminin 2%-ni təşkil edir. Azərbaycan neftinin keyfiyyəti çox yüksəkdir və tədarükün həcmi artırıla bilər”, – deyə mer qeyd edib.
Ə.Əbutalibin sözlərinə görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR şirkətində görüş keçirib və görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub.
“Biz hesab edirik ki, Azərbaycan neftinin Rotterdamda satılması Azərbaycan üçün çox faydalı ola bilər”, – deyə o vurğulayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart