logo

Rio Tinto Qazaxıstanın geoloji-kəşfiyyatına sərmayə qoyacaq

Views: 35

rioAvstraliya-britaniya konserni “Rio Tinto” ilk etapda Qazaxıstanın geoloji-kəşfiyyatına 2 milyard tenge (153,77 тенге = 1 dollar) sərmayə qoymaq haqda yerli hökumətlə razılığa gəlib. Bu haqda Qazaxıstan baş nazırının müavini, sənaye və yeni texnologiyalar naziri Aset İsakeşev jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, artıq 2014-cü ildə “Rio Tinto” şirkəti praktiki işlərə başlayacaq. “Geoloji-kəşfiyyat sahəsi üzrə bizim bundan əlavə daha 3 sazişimiz var. Bunlar Yaponiya və Cənubi Koreya şirkətləri ilə – “KORES”, “Iluka Resources”, “JOGMEC” olan anlaşmalarımızdır”, -deyə hökumət rəsmisi bildirib.
Biz digər ölkələrin təcrübəsini diqqətlə öyrənmişik, məsələn Avstraliyada və Kanadada, hansılar ki, geoloji-kəşfiyyat nəticəsində böyük müvəfəqqiyyətlər əldə ediblər. Məsələn, Avstraliyada son illər ərzində geolji-kəşfiyyat aparılması üçün hökumət orqanları 23 min lisenziya veriblər. Orada kəşfiyyatla çoxlu sayda kiçik və orta şirkətlər məşğul olurlar.  

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart