logo

Qazaxıstan neft və qaz kondensatı ixracını 1.1% azaldıb

Views: 45

exp-neft

Qazaxıstan statsitika agentliyinin verdiyi məlumat görə, 2013-cü ilin yanvar-avqust aylarında 46,185 milyon ton neft və qaz kondensatı ixrac edib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəriciliərindən 1.1% azdır.

Statistiklərə görə, pul ifadə edildikdə neft və qaz kondonsatının ixracı 2013-cü ilin 8 ayı ərzində $37 milyard 293.8 milyon təşkil edib ki, bu da 2012-ci ilin yanvar-avqustundan 4.8% azdır.
Hesabat dövründə  2 milyard 132.1 milyon dollar dəyəri olan 3,553 milyon ton neft məhsulu ixrac edilib. $934,1 milyon dəyəri olan 1 milyon 476.4 min ton  neft məhsulları isə  idxal edilib.
2013-cü ilin 8 ayında $379,2 milyon dəyəri olan 3 milyard  819,5 milyon kub metr qaz idxal edilib. Təbii qazın ixracı isə $1,379 milyard məbləğində 13 milyard 724,3 milyon kub metr təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart