logo

Qazaxıstan neft ixrac rüsumlarını qaldırmaq hüququnu özündə saxlayıb

Views: 25

100_dollar-oil_thumbnailQazaxıstanın iqtisadi inteqrasiya naziri Janar Aytajanov bildirib ki,ölkəsi ÜTT-na daxil olduqdan sonra da neftə gömrük ixrac rüsumlarının qaldırmaq hüququnu özündə saxlayacaq.

Aytajanov Qazaxıstan parlamentinin aşağı  paltası olan məclisdə çıxışı zamanı bildirib ki,neft və neft məhsullarında bizim hüququmuz olacaq ki,ixrac rüsumlarını qaldıraq.
Janar Aytajanov qeyd edib ki,hazırda gömrük ixrac rüsumları 206 mala tətbiq edilir. “Biz bu gün gömrük ixrac rüsumlarının tətbiqindən 450 milyard tenqe gəlir əldə edirik.Bu təkcə tənzimləyici  tədbir deyil,belə ki,bunun vasitəsilə biz ölkədən bəzi xammaların çıxarılmasını qarşısını alır və onların Qazaxısranda emalını təşkil edə bilirik” – deyə nazir izah edib.
Hazırda neft məhsullarına tətbiq edilən gömrük ixrac rüsumu hər ton üçün  $168,88,qara neft məhsulları üçün – $168,88,xam neft üçün isə –  $60 təşkil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart