logo

Prezident enerji sektorunun nəyə görə dövlətin əlində saxlanıldığının sirrini ictimaiyyətə açıqladı

Views: 38

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, dövlət nəyə görə enerji sektorunu öz əlində saxlayır və özəl sektorun idarəçiliyinə verməkdə maraqlı deyil.

kommunal

O, bu haqda bazar ertəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda fikrini ictimaiyyətə aşıqlayıb.
Dövlət başçısının sözlərinə görə, bütövlükdə ölkə üzrə qazlaşdırmanın templəri çox yüksəkdir.
“Biz təqribən 90%-ə yaxınlaşırıq. Hətta sovet dövründə qazlaşdırılmayan rayonlara, kəndlərə qaz xətləri çəkilir. İçməli su və kanalizasiya layihələri isə bu gün deyə bilərəm ki, Bakı üçün, ölkəmiz üçün ən vacib olan məsələdir. İndi ölkə üzrə hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir. Bəzi rayon mərkəzlərində, şəhərlərdə artıq bu, icra edilib. Bu da tarixi nailiyyətdir. Çünki biz həmişə sudan əziyyət çəkirdik, su qıtlığını yaşayırdıq. Bu gün də hələ Bakının bir hissəsi fasilələrlə içməli su alır. Ümid edirəm ki, növbəti illərdə bu məsələ tam şəkildə öz həllini tapacaq. Oğuz-Qəbələ-Bakı, Taxtakörpü su kəmərləri, su anbarları və gələcək illərdə görüləcək işlər imkan verəcək ki, biz bu problemi tam şəkildə həll edək. Bakıda ən müasir standartlara cavab verən kanalizasiya sistemi və yeni su xətləri yaradılmalıdır, yaradılacaq və bu məsələ birdəfəlik öz həllini tapacaq”, – deyə dövlət başçısı söyləyib.
“Eyni zamanda istilik sisteminin bərpası prosesi gedir. Hələ görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Bakıda istiliyi 100% təmin edək. Bu, həm bir tərəfdən sosial bir layihədir, eyni zamanda, istilik olan yerdə elektrik enerjisinə tələbat da azalır“, – deyə İ.Əliyev vurğulayıb.
O deyib ki, insanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır.
“Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. “Azərsu”, “Azəristilik”, “Azəriqaz”, əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir və dövlət orada tarif siyasətini uğurla apara bilər. Bildiyiniz kimi,Azərbaycanda olan kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir. Dövlət investisiyaları da cəlb edilə bilər bu sahələrə”, – deyə prezident vurğulayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart