logo

Neft Fondunun törəmə şirkətlər sirri

Views: 44

Offshore-Company-GuideÖtən sayımızda Azərbaycan Dövlət Neft Fondunun yaratdığı törəmə şirkətlər və investisiya yatırdığı əmlaklar barədə geniş məlumat vermişdik. DNF-dən aldığımız cavablarda bildirilirdi ki, 8 törəmə şirkətinin 4-ü Cersi adalarında

– SOFAZ Re Ltd.
– SOFAZ Re UK L.P.
– SOFAZ Re Min Ltd.
– 78 St. James’s Street Unit Trust
 “SC Tverskaya 16” törəmə şirkəti Rusiyada, “SOFAZ RE Europe Holding Sarl” və “SOFAZ RE Europe Sarl” Lüksemburqda, “SCİ 8 place Vendome” isə Fransada yaradılıb. 
Ofşor zona sayılan Çersi adalarında qeydiyyatdan keçən 4 şirkət vasitəsilə Londonda 225 milyon 625 min manatlıq, Rusiyada yerləşən “SC Tverskaya 16” şirkəti vasitəsilə Moskvada 104,3 milyon manatlıq, Lüksemburqda yaradılan 2 və Fransada yaradılan 1 şirkət vasitəsilə isə Parisdə 143,3 milyon manatlıq daşınmaz əmlaka investisiya qoyulub. 
DNF-nın cavabından belə aydın olur ki, bir neçə şirkət bir əmlakla yatırım edib, həmçinin bir ərazidə bir neçə şirkət yaradıb.
Ekspertlər tərəfindən buna birmənalı yanaşma yox idi. Onların fikrincə, daşınmaz əmlak almaq üçün 8 törəmə şirkətin yaradılmasına nə ehtiyac olduğu bəlli deyil. Bunu bir və ya 2 şirkət vasitəsilə də həyata keçirmək olar. Bir obyektin alınmasına 4 şirkətin cəlb olunmasının nə kimi əsaslandırılması ola bilər?
Bütün bunlara bir daha aydınlıq gətirmək üçün Dövlət Neft Fondu ilə əlaqə saxladıq. DNF-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəmalə Əliyeva “Bizim Yol”a bildirdi ki, burada məqsəd vergi yükünü azaltmaqdır:
“Daşınmaz əmlak alarkən törəmə şirkətlərin yaradılmasında məqsəd vergilərin və məsuliyyətin məhdudlaşdırılmasıdır. Müxtəlif ölkələrdə müxtəlif vergi sistemləri mövcuddur. Deməli, bir sıra Avropa ölkələrində bir şirkətin bir obyekt alması ilə bir təşkilatın yaratdığı 2-3 şirkət vasitəsilə bir obyekt almasına tətbiq edilən vergi yükləri müxtəlifdir. 2-3 şirkət bir əmlak alarkən vergi ödəmələri az olur. Dövlət Neft Fondunun da məqsədi vergi ödəmələrini azaltmaqdır. Ona görə də 8 müxtəlif törəmə şirkət yaradılıb. Bununla 3-4-ü bir əmlaka yatırım qoyur”.
C.Əliyeva gələcəkdə bu siyasətin davam edəcəyini deyir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart