logo

Neft Fondu ancaq sabit gəlirli aktivlərə sərmayə yatırır

Views: 70

obligasiiAzərbaycan Dövlət Neft Fondu sərmayə proqramı çərçivəsində ancaq sabit gəlir gətirən aktivlərə sərmayə yatırır.

Caspian Barrel-in məlumatına görə, 2013-cü ilin ilk üç rübü ərzində Neft Fondu aktivlərinin 85.4%-ni sabit gəlirli aktivlərdə saxlayıb. İnvestisiya portfelinin digər 6%-i depozitlər və pul bazarı alətlərində yerləşdirilib. Yerdə qalan 3.2% qızılda,1.8% isə daşınmaz əmlakda yerləşdirilib.
Sabit gəlirli aktivlərdə üstünlük korparativ istiqrazlara (31.6%) və milli bond və agentliklərin istiqrazlarına verilir. Bu halda maliyyə istiqrazları 11%, təminatlı istiqrazlar – 5,8% təşkil edir. Fondun portfelinin 10.5% suveren istiqrazlar, 0.1% isə bələdiyyə istiqrazları təşkil edir. Portfelin 17.6%  isə kommersiya səhmləri təşkil edir.
Neft Fondu əsasən A (portfelin 31.1%), AAA ( 29,7 %) və BBB ( 20,2 % ) reytinqli bondlara sərmayə yatırır.
1 oktyabr tarixinə Fondun aktivləri $35809,2 milyon, investitsiya portfeli isə $35543,3 milyon təşkil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart