logo

Neft Fondu Afrika və Cənubi Amerikada aktivlər alıb

Views: 39

Oil_fund_sofazİndiyə qədər Avropa və ABŞ-dakı kifayət qədər ehtiyatlı aktivləri ilə yadda qalan Azərbaycan Dövlət Neft Fondu birdən birə Afrika və Cənubi Amerikada da aktivlər almağa başlayıb.

Caspian Barrel-ə Neft Fondundan daxil olan məlumata görə, 2013-cü il 1 oktyabrın tarixinə Fondun aktivlərinin cəmi 58,89%-i Avropanın payına düşüb. Aktivlərin 16,88%-i Şimali Amerika, 9,95%-i isə Asiya-Sakit Okean hövzəsi regionunu əhatə edib. Coğrafi məkan olaraq Cənubi Amerika Neft Fondunun aktivlərinin 5,02%-ni özünə cəlb edə bilib.
Bundan əlavə Neft Fondunun investisiya portfelinin 1,45%-i Yaxın Şərq ölkələrinin, 0,01%-i isə Afrika ölkələrinin payına düşüb.
Qeyd edək ki, Neft Fondunun aktivlərinin 7,8%-i beynəlxalq maliyyə təşkilatlarının nəzarətindədir.
Hazırda Neft Fondunun ümumi aktivləri $35 mlrd 809 mln 200 min dəyərindədir.    

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart