logo

NCOC konsorsiumu Kaşağandakı sızmanın səbəblərini açıqladı

Views: 24

photo_95543Xəzər dənizindəki “Kaşağan” yatağından qurudakı ilkin neft emalı kompleksi “Bolaşak”a gələrkən boru kəmərlərində xammalın sızmasının səbəbləri nəhayət ki, uzun təhlillərdən sonra NCOC konsorsiumun mütəxəssislərinə tam dəqiqliyi ilə məlum olub.

            Dekabrın 6-da ictimaiyyət üçün verilən açıqlamada bildirilir ki, buna səbəb  sulfid birləşmələrinin (SSC) təsiri nəticəsində boru kəmərində kiçik çatların əmələ gəlməsidir ki, sonradan bunlar vasitəsilə sızmalar baş verib. Bunlar laboratoriya analizləri vasitəsilə də təsdiqini tapıb.
            Xəbərdə həmçinin qeyd olunur ki, “Kaşağan” yatağındakı boru kəmərlərinin inspeksiyası hələ davam etdirilir.
            Sızma baş vermiş boru kəmərlərin bir neçəsi sökülmüş və analiz edilmək üçün Böyük Britaniyadakı Kembric Universitetinin TWI laboratoriyasına göndərilmişdi.Buradan alınan cavablar göstərmişdi ki, buna səbəb  sulfid birləşmələrinin (SSC) təsiridir. “Kaşağan” yatağında dünyanın ən zəhərli nefti yerləşir. Belə ki, neft sulfat turşusu qarışığı ilə birgə çıxır. H2S boruda su ilə qarışdıqda onun polad boru kəmərlərinə dağıdıcı təsiri daha da artır. Düzdür, yataq istismara hazırlanarkən bu kimi faktorlar nəzərə alınmışdı. Ancaq praktikada onun özünü necə aparacağı məlum olmadığından boruların hazırlanması prosesində bundan sonra məhz bu yataq üçün davamlığı daha yüksək olan materiallardan istifadə olunmalıdır. Bu isə texnoloji sistemlərin yenilənməsi deməkdir ki, layihənin qiymətinin daha da artmasına gətirib çıxaracaq.
            Xatırladaq ki, 2013-cü il oktyabrın 1-ə olan məlumata görə, “Kaşağan” yatağının işlənilməsi layihəsi çərçivəsində ümumi xərclər artıq $43 milyard dolları ötmüşdü.     
            Qeyd edək ki, “Kaşağan” yatağında neft hasilatı cari ilin 11 sentyabrında başlanmışdı. Ancaq sentyabrın 24-də D adasında sızmaya görə hasilat müvəqqəti dayandırıldı. Sonradan hasilat oktyabrın 9-da bərpa edildi və bir-neçə gündən sonra yenidən dayandırıldı. O zamandan yataqdan cəmi 320 min barel neft hasil edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart