logo

Kaşağanda hasilat 2014-cü ilədək təxirə salına bilər

Views: 29

kashaqanThe Wall Street Journal yazır ki, Kaşağanda neft hasilatı 2014-ci ildən tez bərpa edilməyə bilər. Qəzet yazır ki, tədqiqat qaz sızması aşkar edilən boruda əhəmiyyətli zərər aşkar edərsə, hasilat bərpa edilməyəcək.

Neft hasilatı Kaşağanda qaz sızması səbəbilə sentyabrda dayanmışdı.Neft hasilatının bərpasından dərhal sonra oktyabrda yenidən hasilat dayanmışdı. Qəzetin yazdığına görə,konsorsium üzvləri qış soyuqları düşənə qədər bərpa işlərini başa çatdırmağı planlaşdırır.Əksi halında soyuqlar bərpa işlərini mümkünsüz edə bilər.
“İndi konsorsium qarşısında duran əsas vəzifə Xəzər dənizindən qaz nəql edən kəmərdə çatların əmələ gəlməsinin səbəbini müəyyən etməkdir” – deyə qəzetə konsorsiumdan bildiriblər.
“Nöqsanlı borunu aşkar etmək üçün boru sahəsində 30 km-dən artıq sahə qazılıb və borunun bəzi hissələri Böyük Britaniyaya ekspertiziya yollayıblar. Əsas odur ki,problem keyfiyyətsiz qaynaqda olsun,əks halda problem kəmər üçün seçilmiş ərintidə aşkarlanarsa,onda bütün boru kəmərini  və avadanlğı dəyişmək lazım gələcək”.
Ekspertizanın nəticələri yanvar ayından tez bilinməyəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart