logo

“Kaşağan” yatağından boruları ekspertizaya yollayıblar

Views: 34

kashagan_trubi_261113“Kaşağan” yatağında sızma aşkar edilmiş borular dəyişdirilib və ekspertizaya göndərilib. Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıblar.

“Hazırda sızma aşkar edilmiş ərazidə xususi robot vasitəsilə tədqiqatlar aparılır”, – deyə KİV-lər məlumat veriblər.
“Kaşağan” yatağında, Xəzər dənizində hasilat üçün süni adalar inşa edilib. Adalar quruda yerləşən neft və qazın hazırlanması zavodu “Bolaşak” ilə neft-qaz boru kəməri ilə birləşdirilib.
Əvvələr xəbər verildiyi kimi, North Caspian Operating Company 11 sentyabrda “Kaşağan” da hasilata başlamışdı. Ancaq boru kəmərinin quru hissəsində “Bolaşak” zavodu ərazisində sızma aşkar edilmiş və hasilat dayandırılmışdı.
“Kaşağan” Xəzər dənizinin dayaz hissəsində yerləşir və kövrək ekoloji sistemi ilə fərqlənir. Eyni zamanda yatağın layların təzyiqi, kükürdün yüksək tərkibi və dərinliyi ilə dünyada analoqu yoxdur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart