logo

“Jemçujina” müqavilə sahəsində neft aşkar edib

Views: 63

jemcujina“Caspian Meruerty  Operating Company B.V” şirkəti Xəzərin qazax sektorunda “Jemçujina” sahəsində Auezov -2 kəşfiyyat quyusunun qazılmasını başa çatdırıb.Şirkətdən verilən məlumata görə, geoloji tədqiqatlar nəticəsində quyudan yüksək keyfiyyətli nümunələr götürülüb.

Qazma işləri nəticəsində “Jemçujina” sahəsinin 4 strukturunda karbohidrogen yatağı aşkar edilib.Kommersiya baxımından cəlbedici yatağlar isə Xəzər və Auezovdur.
2013-cü ildə faydalı qazıntılar üzrə dövlət komissiyası Xəzər yatağında 31 milyon ton neft ehtiyatının olduğunu təsdiqləyib.
*“Jemçujina” müqavilə sahəsi Xəzərin qazax sektorunda yerləşir.Jemçujina sahəsi üzrə Hasilatın Pay bölgüsü sazişi 2005-ci ildə Qazaxıstanın neft-qaz nazirliyi ilə “Şell Offşhore Vençurs Limited” (55%),”KazMunayTeniz” (25%),”Oman Perlz Kompani Limited” (20%) şirkətləri arasında imzalanıb.
”KazMunayTeniz” KazMunayGaz-ın 100% törəmə müəssəsidir. Şell Offşhore Vençurs Limited Şell şirkətinin tərkibinə daxildir. Oman Perlz Kompani Limited şirkəti Oman Neft Şirkətinə daxildir.
“Caspian Meruerty  Operating Company B.V” şirkəti 2007-ci ildə Şell Offşhore Vençurs Limited (55%),KazMunayTeniz (25%),Oman Perlz Kompani Limited (20%) şirkətləri tərəfindən yaradılıb.
 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart