Materiallar

Darvin bankası yatağı üçün yeni özül istismara verilib

images“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 740 saylı stasionar dəniz özülünün inşası başa çatmıb. Bu haqda SOCAR-ın mətbuat xidməti məlumat yayıb.

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” Tresti tərəfindən inşa olunmuş özül Dövlət Qəbul Komissiyası tərəfindən istismara təhvil verilmişdir.8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 10 metr dərinliyində yerləşdirilib.
8 bloklu özül 2 hissədən – istehsalat və yaşayış sahələrindən ibarətdir. Ümumi sahəsi 3000 kvadrat metr olan özüldə ən müasir qazma avadanlığı, 7 yanalma meydançası, 4 minik meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran və digər zəruri avadanlıqlar quraşdırılıb.
Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə 3 ədəd dizel elektrik aqreqatı quraşdırılıb. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də bütün müasir norma və tələblər səviyyəsində yerinə yetirilib. 
Qeyd edək ki, özüldən qazılacaq quyuların orta dərinliyi 1040 metr təşkil edəcəkdir.