logo

Ceyhan limanından 2,7 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Views: 34

ceyhan_terminal2013-cü ilin noyabr ayı ərzində 2 711 473 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın mətbuat xidməti məlumat verir ki, bu həcmin 1 830 620 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 27 069 219 ton olub.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilən gündən 2013-ci il dekabrın 1-dək Ceyhan limanından 230 735 873 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart