logo

Bu il BTC kəməri ilə 16,450 milyon ton neft ixrac edilib

Views: 51

btc-aliyevDövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yanvar-oktyabr ayları ərzində Ceyhan limanından 16 milyon 450 min 285 ton xam neft ixrac edib.

Gün.Az şirkətə istinadən xəbər verir ki, bu göstəricinin 1 milyon 555 min 816 tonu oktyabr ayının payına düşüb.
Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarlarına ixrac edilir.
Uzunluğu 1773 kilometr olan Bakı-Tbilisi-Ceyhan boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin ötürmə qabiliyyəti gündə 1,2 milyon barel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart