logo

2014-cü ildə Neft Fondunun büdcəsi kəsirsiz olacaq

Views: 29

neft_fondu (1)Fonddan Caspian Barrel-ə verilən məlumata görə, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2014-cü il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2014-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılıb.
İclasda Neft Fondunun 2014-cü il büdcəsinin gəlirlərinin 11 626 943,4 min manat, xərclərinin 11 349 934,8 min manat, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərinin 58 140,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.
Eyni zamanda, müvafiq olaraq fondun 2014-cü il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim olunması tövsiyə edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart