logo

2013-cü ilin 11 ayında Qazaxıstanda neft hasilatı 3.2% artaraq 74,6 mln olub

Views: 25

zhaimQazaxıstan dövlət statistika agentliyindən verilən məlumata görə,2013-cü ilin yanvar-noyabr ayında qaz kondensatı da daxil olmaqla 74.641 milyon ton neft hasil edilib ki,bu da keçən ilin analoji dövrü ilə müqayisədə 3.2% çoxdur.

Statistika agentliyinin məlumatına görə, xam neft hasilatı 63.459 milyon ton neft (artım-4.5%), qaz kondensatı isə 11.182 milyon ton (azalma 3.8%) təşkil edib.
Bundan əlavə, 2013-cü ilin yanvar-noyabrında Qazaxıstanda 37.937 milyard kub metr qaz (artım 3.8%) hasil edilib. Hasil edilmiş qazın 18.519 milyard kub metri təbii qaz,19.418 milyard kub metri isə səmt qazı təşkil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart