logo

SOCAR indiyədək xarici ölkələrə $2,9 mlrd. sərmayə yatırıb

Views: 93

socar-evro Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu günədək xarici ölkələrə $2,9 mlrd. sərmayə qoyub.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, buraya SOCAR-ın Türkiyə, Ukrayna, Gürcüstan İsveçrə və digər ölkələrə qoyduğu sərmayələr daxildir: “Dövlət Neft Şirkətinin xaricdə həyata keçirdiyi layihələr tədricən maliyyələşdirir. Məsələn, Türkiyədə SOCAR-ın törəmə şirkəti dəyəri $5 mlrd. olan “Star” layihəsini həyata keçirir. Bunun 41,5%-i SOCAR-ın payına düşür. Bu vəsait layihə üzərində iş başa çatdırılana qədər xərclənəcək”.
SOCAR-ın daxili sərmayə qoyuluşlarına münasibət bildirən Qasımov deyib ki, şirkətin ölkə daxilində həyata keçirdiyi investisiya layihələrinə hər il 1 mlrd. manatdan çox vəsait qoyulur: “Bura neft-qaz quyularının qazılması, platformalarının tikintisi, boru xətlərinin çəkilişi və digər layihələr daxildir”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart