logo

Sabah Rusiya prezidenti Azərbaycan gəlir

Views: 46

putin Rusiya Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana səfər edəcək. Trend “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.
Y.Uşakov qeyd edib ki, Azərbaycanda keçiriləcək görüşlərdə 5-6 ikitərəfli sənədin, o cümlədən enerji və nəqliyyat sahəsində sənədlərin imzalanması gözlənilir.
Y.Uşakov bildirib: “Rusiya nümayəndə heyəti vurğulayır ki, danışıqlar zamanı ikitərəfli məsələlərin kompleks şəkildə müzakirə ediləcəyi planlaşdırılır”.
Y.Uşakovun sözlərinə görə, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Serqey Lavrov, müdafiə naziri Serqey Şoyqu, energetika naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, o cümlədən “Rosoboroneksport”un baş direktoru Anatoliy İsyakin, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” şirkətinin rəhbəri İqor Seçin və “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov daxildir.
Y.Uşakov o cümlədən vurğulayıb ki, avqust ayının 13-də Rusiya-Azərbaycan danışıqlarının keçirildiyi zaman Rusiya Federasiyasının “Dağıstan” raket gəmisi və “Volqodonsk” artilleriya gəmisi dostluq səfəri çərçivəsində Bakı limanında olacaq.
Son 10 ildə Azərbaycan RF iqtisadiyyatına 563 milyon dollar sərmayə qoyub, Rusiya isə son bir-necə il ərzində Azərbaycan iqtisadiyyatına 468 milyon dollar sərmayə yatırıb.
Qeyd edək ki, hazırda Rusiya kapitalı ilə Azərbaycanda 479 şirkət fəaliyyət göstərir. 2012-ci ilin nəticələrinə görə Azərbaycan RF arasında ticarət dövriyəsi 3,4 milyard dollar olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart