logo

AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi 51,3% azalıb

Views: 126

article472 AÇG yatağının operatoru olaraq BP 2013-cü ilin I rübü ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün “Azəriqaz” dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. “Bu haqda BP-Azerbaijan” şirkətinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, “Azəri”dəki üç platformadan – Mərkəzi, Qərbi və Şərqi Azəri – səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri”dəki kompressor və suvurma platformasına (KSVP) göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə elə həmin 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün “Azəriqaz” şəbəkəsinə təhvil verilmişdir. Hal-hazırda “Mərkəzi Azəri”də beş quyudan laya qaz vurma əməliyyatları davam edir.
“Çıraq” platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə SOCAR-ın “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir.
I rüb ərzində AÇG-dən SOCAR-a gündə təxminən 5,4 milyon kub metr (təxminən 189 milyon standart kub fut), ümumilkdə isə 0,5 milyard kub metr (17 milyard kub futdan afrtıq) səmt qazı verilib. Bütün il üçün SOCAR-a təqribən 1,2 milyard kub metr (44 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, AÇG-dən SOCAR-a verilən səmt qazının həcmləri 2012-ci ilin I rübü ərzində gündə təxminən 11,1 milyon kub metr və ya rüb ərzində təqribən 1 milyard kub metr olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart