Azərbaycan, Azərbaycan, Materiallar

Neft Fondundan ümumi xərcləmələrin həcmi 49,79 mlrd manata çatdı

neft-pul-xeber442003-cü ildən başlayaraq 2014-cü il yanvarın 1-dək Azərbaycan Dövlət Neft Fondunun ümumi xərcləmələri 49,79 mlrd manata ($63 mlrd) çatdı.

2003-cü ildən 2014-cü il yanvarın 1-nə qədər ARDNF-dən Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 46 mlrd. 435 mln. manat təşkil edib. Bu barədə fondun rəsmi saytında məlumat verilir.

Fondun məlumatına görə, bundan başqa, 2014-cü il yanvarın 1-nə ARDNF Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə – 367,1 mln. manat, Samur-Abşeron su kanalının yenidən qurulmasına – 1 mlrd.69,4 mln. manat ayırıb.

ARDNF-in məlumatına əsasən, bu günə qədər qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün – 1 mlrd. 457,8 mln. manat , “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrəDövlət Proqramı” na – 87,8 mln. manat, Türkiyədə “STAR” NEZ-in tikintisinə – 372,6 mln. manat ayrılıb.

2003-cü ildə ARDNF Azərbaycanın dözlət büdcəsinə transfertləri həyata keçirməyə başlayıb .

Xəbər verildiyi kimi, 1999-cu il dekanrın 29-da Azərbaycan prezidentinin fərmanı ilə yaradılan ARDNF büdcədənkənar dövlət institutu olub, dövlət başçısı qarşısında hesabat verir, fondda neft müqavilələrinin reallaşmasından, dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, eləcə də dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.