“Azəriqaz” “ASAN Xidmət”lə 10 min istehlakçıya xidmət edib

“Azəriqaz” istehlakçılara xidmətin operativliyini yaxşılaşdırmaq üçün “ASAN Xidmət” mərkəzlərindən istifadə edir

Bu müraciətlərin icrası tam təmin olunub SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən fevral ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında “smart” tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin edilib.

“Azəriqaz” bildirir ki, ötən ay ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN Xidmət” mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 10 003 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək”, – deyə məlumatda qeyd olunub.

Bu yazı Azərbaycan, Materiallar kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir