Azərbaycan qazını Türkiyəyə və buradan Avropaya nəql edəcək Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinin keçdiyi ərazilər üçün “Sosial və ətraf mühit sərmayə proqramları” icra olunmağa başlayıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, TANAP proqramın ilk sırasında yer alan 6 layihəyə 14 mln. Türkiyə lirəsi məbləğində maliyyə dəstəyi verəcək.
TANAP A.Ş. bu layihələrə 2019-cu ilə qədər dəstək olacaq.