Avropa İnvestisiya Bankı (EIB) “Abşeron” layihəsinin maliyyələşdirilməsinə maraq göstərir. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Fevralın 3-də energetika naziri Natiq Əliyev “Total” şirkətlər qrupunun Avropa və Mərkəzi Asiya Regionunda Kəşfiyyat və Hasilat üzrə baş vitse-prezidenti Maykl Borrelin rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb.M. Borrel layihə çərçivəsində görülən və planlaşdırılan işlərdən danışıb.““Total” yaxın illərdə “Abşeron” yatağında hasilata başlamaq üçün tərəfdaşları ilə birgə səylərini artırır, yataqdan ilk qazın nəzərdə tutulduğu vaxtda alınması üçün Azərbaycan hökumətinin dəstəyi zəruridir.
Avropa İnvestisiya Bankı “Abşeron” layihəsinin maliyyələşdirilməsinə maraq göstərir”, – deyə baş vitse-prezident qeyd edib.N.Əliyev “Abşeron” qaz-kondensat yatağının “Cənub Qaz Dəhlizi”nin imkanlarını daha da artırmaqla mövqeyini gücləndirəcəyini deyərək, “Total”ın Məşvərət Şurasınıniclasında iştirakının vacibliyini qeyd edib. Energetika naziri həmçinin “Total” şirkətinin Azərbaycanın digər neft-qaz layihələrində, o cümlədən “Babək” perspektiv sahələrinin işlənməsi layihəsində də iştirakının səmərəli olacağınıdeyib.
Görüşün yekununda M.Borrel “Total” şirkətlər qrupunun Kontinental Avropa və Xəzər regionu üzrə yeni təyin edilmiş vitse-prezidenti Bernard Clementi nazirə təqdim edib.