Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.
SOCAR-ın yaydığı rəsmi məlumata görə, yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.
Qeyd edək ki, ötən ilin dekabr ayından bu sayca Səngəçal ərazisində magistral qaz kəmərində sayca üçüncü yanğındır – əvvəlki fövqəladə hadisələr 27 dekabr və 2 yanvar tarixlərində baş vermişdi.