SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2016-cı ildə qazma işlərinin həcmini 2015-ci ilin göstəricisi ilə müqayisədə 0,8% – 105,245 min metrədək artırıb. Bu barədə SOCAR mətbuat xidməti məlumat yayıb.
Bununla yanaşı, qazma işlərinin ümumi həcmində 102,532 min metr istismar, 2,713 min metr kəşfiyyat qazma işlərinin payına düşüb.
2016-cı ilin dekabr ayında SOCAR üzrə qazma işlərinin həcmi 4,882 min metr təşkil edib. Bunun 4,839 min metri istismar, qalan göstərici isə kəşfiyyat qazma işlərinin payına düşüb.
2016-cı ildə şirkətin qazma idarələri tərəfindən 64, o cümlədən dekabrda 7 yeni quyu istismara verilib.
2015-ci ildə SOCAR üzrə qazma işlərinin həcmi 104,411 min metr təşkil edib.