Azərbaycan 2016-cı ilin yanvar-avqust aylarında 51,18 min ton polietilen ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Ölkədən ixrac edilmiş poletilenin ümumi dəyəri $53 mln. 101,7 min (azalma 6,4%) təşkil edib.
Bundan başqa, hesabat dövründə Azərbaycandan $46 mln. 925,2 min məbləğində (azalma 37%) 151,8 min ton aviasiya yanacağı (azalma 9,5%), $179 mln. 919,3 min məbləğində (azalma 59,7%) 779 min ton qazoyl (azalma 39,4%), $7 mln. 16,7 min məbləğində (azalma 36,4%) 116,3 min ton neft koksu (azalma 33%) ixrac edilib.
2015-ci ildə $86,8 mln. məbləğində polietilen, $153,4 mln. məbləğində təyyarə yanacağı, $568,6 mln. məbləğində qazoyl, $17,04 mln. dəyərində neft koksu ixrac edilib.