Sentyabrda SOCAR üzrə xam neft hasilatı 618,6 min ton olub. Keçən ay Azərbaycanda ümumilikdə isə 3 milyon 113,3 min ton neft hasil edilib.
Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında SOCAR üzrə neft hasilatı 5 milyon 675,9 min ton, Azərbaycanda ümumilikdə isə 33 milyon 304,4 min ton olub.