Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 1 milyon 86 min 867 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Ötən dövrdə ixrac edilən neft məhsullarının dəyəri isə 265 milyon 259 min ABŞ dolları olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.