2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 31 mln. 268,2 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-sentyabr aylarında 31 mln. 221,9 min ton əmtəə nefti (azalma 0,3%) hasil olunub.
Bu dövrdə 22 mlrd. 51,4 mln. kubmetr qaz (artım 3,8%) hasil olunub. Bununla yanaşı, yanvar-sentyabr aylarında əmtəə qazının hasilat həcmi 13 mlrd. 771,2 mln. kubmetr (azalma 1,6%) təşkil edib.
2015-ci ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 689 min ton, qaz hasilatı 29 mlrd. 742,4 mln.kubmetr təşkil edib.
Hökumətin proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda neft hasilatı 40 mln. 744,9 min ton, qaz hasilatı 29 mlrd. 345 mln. kubmetr təşkil edəcək.
Interfax