Hazırda dənizdə sakitlikdir, SOCAR-ın platformaları tərəfdə gəmilər var, ancaq yanğın yoxdur…
Bunu Caspian Barrel-ə açıqlamasında “BP-Azerbaijan” şirkətinin Dərinsulu Günəşli platformasında çalışan bir əməkdaş söyləyib.
Onun sözlərinə görə, günortaya yaxın SOCAR-ın işlətdiyi dayazsulu “Günəşli” yatağındakı platformaların birinin üstündə yüngül tüstülənmə müşahidə ediblər. Bundan sonra həmin platforma istiqamətində 2 gəmi yaxınlaşıb.
“Əvvəlki kimi, 10-cu platformada olan kimi, heç bir yanğınsöndürmə əməliyyatı müşahidə etmədik”, deyə Caspian Barrel-in həmsöhbəti bildirib.
Qeyd edək ki, SOCAR-ın bir qədər əvvəl yayadığı məlumatda bildirilirdi ki, bu gün 19 saylı dərin dəniz özülündə 71 saylı quyuda əsaslı təmir zamanı qaz təzahürü baş vermiş və açıq fontana çevrilmişdir. Dərhal DDÖ-nün yanğın söndürmə sistemi işə salınmıb, özüldə istismarda olan digər quyular bağlanılmış, özülün kommunikasiya sistemi tam təcrid edilib.