Neftə tələbin hasilatdan daha sürətlə artması 2017-ci ildə neft bazarının sabitləşməsinə səbəb olacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyin (İEA) mütəmadi açıqladığı aylıq hesabatda məlumat verilib. Hesabatda həmçinin bildirlib ki, 2017-ci ildə neftə orta tələb gündəlik 97,4 mln. barelə yüksələcək. İEA 2016-cı ildə neftə tələbin 1,3 mln. barel/gün artacağını proqnozlaşdırıb.
Xatırladaq ki, əvvəlki hesabatda bu il neftə tələbin gündəlik 1,2 mln. barel artacağı ehtimal edilirdi. Hesabatda göstərilib ki, 2016-cı ilin ilk rübündə neftə tələb gündəlik 1,6 mln. barel artıb ki, bu da əvvəlki hesabatdakı 1,4 mln. barel artımı üstələyib.
İEA may ayında qlobal neft hasilatının 800 min barel/gün azaldığını yazıb. Hasilatın həcmi 95,4 mln. barel olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 590 min barel/gün və ya 0,6% azdır.