Federal Gömrük Xidmətinin məlumatında bildirilir ki,2016-cı ilin yanvar-aprelində Rusiya neftinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35.8% azalıb və $19,749 milyard təşkil edib.
2015-ci ilin yanvar-aprelində bu göstərici $30,753 milyard idi.
Neft ixracının fiziki həcmi hesabat dövründə 5% artaraq 83.81 milyon təşkil edib.
Neft ixracının əsas həcmi uzaq xaric ölkələrinin payına düşüb :tədarükün dəyəri $18,241 milyard olub. MDB ölkələrinə neft ixracından əldə olunan gəlirlər $1,5 milyard təşkil edib.
Uzaq xaric ölkələrinə neft ixracının fiziki həcmi 75,768 milyon ton,yaxın xaric ölkələrinə isə 8 milyon ton olub.