İran Avropaya gündəlik neft hasilatının 35% ixrac edir

expİranın Milli Neft Şirkətinin (NIOC) beynəlxalq əlaqələr direkroru  Seyid Möhsün Qamsari Mehr agentliyinə müsahibəsində bildirib ki,İran gündəlik neft hasilatının 35% Avropaya ixrac edir.

Qamsari dəqiq rəqəmlər verməkdən yayınsada,ancaq bildirib ki,İran neftinin Avropya ixracı İrana qarşı sanksiyaların tətbiq edildiyi 2011-ci ildən sonra ən yüksək səviyyədədir.

Agentliy qeyd edir ki, statistikaya görə hazırda İran gündə 1.7 milyon bareldən 1.75 milyon barelə qədər neft ixrac edir. Bu məlumatdan çıxış edərək hesablamaq olar ki, İran Avropaya gündə 500 min barel neft ixrac edir.