2015-ci ildə Türkmənistanın ÜDM artım tempi 37%-ə qədər azalıb

turkmen-lifeTürkmənistan Dövlət Statistika Komitəsənin məlumatında deyilir ki, 2015-ci ildə Türkmənistanda ÜDM-in artımı bir il əvvəlki 10.3% fazidən 6.5 faizə qədər düşüb. İl ərzində ÜDM-in artm tempi 36,9% azalıb.

Beynəlxalq Valyuta Fondu (BFV) qaz ixracı gəlirlərinin və dövlət sərmayələrinin azalması səbəbindən Türkmənistan ÜDM-ın azalmasını 8.5 faizə qədər proqnozlaşdırırdı.

British Petroleum (BP) şirkətinin hesabatına əsasən, dünyada təbii qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərdən sonra 4-cü yeri tutur.

Türkmən qazının ən böyük alıcıları Çin və İrandır. Çin eyni zamanda Türkmənistan ən böyük kreditorudur. Caspian Barrelə görə Çin 2015-ci ildə 25 milyard kub metr türkmən qazı idxal edib, İran isə 10 mlrd kub metrdən çox.

Keçən ilin əvvəlində Qurbanqulu Berdimuhammedov  hökümətə tapşırıq vermişdi – qaz hasilatını 83.8 milyard kub metrə, ixracı isə 48 milyard kub metr səviyyəsinə çatdırsınlar. Yekun nəticələr hələ də ictimaiyyətə açıqlanmayıb. İxrac üzrə plana əməl etmək mümükün olmayıb, bu isə o deməkdir ki, hasilat tapşırıqları da yerinə yetrilməyib.

2015-ci ildə Rusiya Türkmənistandan 2008-ci ildəki 40 milyard kub metrə qarşı cəmi 4 milyard kub metr qaz alıb. 2016-cı ilin yanvarından Rusiyanın qaz inhisarçısı “Qazprom” türkmən qazının idxalını dayandırıb.