Türkmənistanda təbii qazdan benzin istehsal edən zavod inşa edilir

111turkmen-gas_0“Neytral Türkmənistan” qəzeti yazır ki,Türkmənistanın Axal vilayətində təbii qazadan benzin istehsal edən zavodun inşası başlanıb.

Layihə “Türkmənqaz” Dövlət Konserni ilə Kawasaki Heavy Industries, Ltd. (Yaponiya) və Rönesans Endüstri Tesisleri Inşaat Sanaýi ve Tiçaret Anonim Şirketi (Türkiyə) arasında olan müqaviləyə əsasən həyata keçrilir.

Layihənin ümumi dəyəri $ 1,7 mlrd. Layihə yapon sərmayələri və “Türkmənqaz” Dövlət Konsernin şəxsi vəsaiti hesabına həyata keçrilir.

Müəssisə Danimarkanın Haldor Topsoe şirkətinin texnologiyaları ilə təchiz olunacaq və ildə 1.785 milyard kub metr qazı emal edəcək. Bu ildə 600 min ton RON-92 markalı Avro-5 ekoloji standartlarına cavab verən benzin istehsalına imkan verəcək.

Zavodun istismara verilməsi 2018-ci ilin dekabrına planlaşdırılır.