ABŞ-ın ən böyük neft və qaz şirkətlərindən biri son 7 il ərzində ən əhəmiyyətli illik itki ilə üzləşib.
ConocoPhillips şirkətinin hesabatına görə, 2015-ci ilin IV rübündə şirkət $ 3,5 milyard zərər əldə edib. 2015-ci ilin nəticələrinə görə,şirkətin zərəri 2014-cü ilin $6,8 milyard gəlirinə qarşı $4,4 milyard zərər əldə edib.
Bu Amerika şirkəti üçün 2008-ci ildən sonra ən pis göstəricidir.Onda ConocoPhillips maliyyə böhranı zamanı $16,9 milyard xalis zərər qeydə almışdı.