“Marja”nın əməkdaşları banklarda olaraq dolların satışı ilə maraqlanıb. Məlum olub ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən 22.08.2015-il tarixindən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb.
Bir sıra banklarda isə dolların satışına limit tətbiq olunub. Tətbiqə görə, bir nəfərə yalnız 2000 dollar satılır. Dollar alan vətəndaşların şəxsiyyət vəsiqəsi alınaraq sürəti çıxarılaraq götürülür.
Banklardan “Marja”ya bildirdilər ki, dollar satışının dayandırılması həftənin bazar ertəsindən yeni məzənnə ilə satılacağı ilə izah olunur.
Qeyd edək ki, artıq bəzi ekspertlər neçə gündür ki, neftin qiymətinin kəskin ucuzlaşması və bu prosesin bazarda uzunmüddətli hal olmasını nəzərə alaraq Azərbaycanda cari ildə ikinci dəfə manatın devalvasiya edilməsi haqda fikirlər bildirirlər.