“Cənubi Fars” yatağında 15-ci və 16-cı fazalarının işlənməsi üzrə layihənin icraçı direktoru Foruzeş bildirib ki, 15-ci və 16-cı fazaların tam miqyaslı işlənməsinə gələn ay başlanacaq və bu layihənin həyata keçrilməsindən gələn gəlir ildə 6 milyard dollar təşkil edəcək.
Foruzeşin sözlərinə görə, adı çəkilən fazalarda gündə 36 milyon kub metr qaz hasil edilir.
Ümumilikdə isə, gündə 50 milyon kub metr qaz,77 min ton qaz kondensatı, 400 ton kükürd,1.5 milyon ton maye qaz (LPG),və ildə 1 milyon ton etan istehsalı nəzərdə tutulur.
Foruzeş bildirib ki,15-ci və 16-cı mərhələlərin inkişafına 6 milyard dollar sərmayə yatrılıb. 3 milyard dollar qaz emalı zavodunun və sahil qurğularının inşasına,2 milyard dollar dəniz obyektlərinin və 1 milyard ollar isə quyuların qazılmasına sərf olunub.