Qazprom Çin ilə müqavilədə qiymətlərin neft ilə indeksasiya edilməsinə nail olmuşdu.Bir barel Brent markalı neftin qiyməti $110 olanda müqavilənin dəyəri $400 milyard idi. Barelin qiyməti $50 düşüb,ancaq müqavilənin dəyəri dəyişməyib.
“Keçən il müqavilənin dəyəri 400 milyard dollar idi, bu il – 400 milyard dollardır,gələn ildə – 400 milyard dollar,bir neçə ildən sonra yenə – 400 milyard dollar olacaq”, – deyə Aleksey Borisoviç səhmdarların illik görüşünə həsr olunmüş press-konfransda bildirib.
Qeyd edək ki,yeddi il bundan qabaq Miller Qazprom şirkətinin kapitallaşmasını 1 trilyon dollarda proqnozlaşdırmışdı. Bu haqda ekspert Mixail Korçemkin özünün bloqunda yazıb.
P.S. Şirkət hər hansı korporativ qiymət proqnozundan istifadə etmək hüququna malikdir. Əsas odur,bazar proqnoza inansın.