Norveçin Statoil neft şirkətinin gəliri II rübdə proqnozları ötüb və şirkət dividendlərin həcmini saxlayıb.
Korrektə edilmiş əməliyyat mənfəəti 22.4 milyard kron ($2,74 milyard) təşkil edib. Xalis mənfəət də proqnozu ötüb : 5.6 milyard krona qarşı 7.2 milyard kron.
Birinci rübdə şirkət ABŞ-da şist aktivlərinin silinməsi üzündən xalis zərər ilə başa vurmuşdu.
13,8 milyard kron həcmində aktivlərin satışına baxmayaraq,şirkət hasilatı 4% artırıb. Ancaq Statoil xaricdə – Kanadada bəzi Afrika ölkələrində neft və qaz hasilatında itkilərə məruz qalıb.
Şirkət bir səhmə 1.8 kron dividend ödəyəcək. Şirkətin investitsiya proqramı bu il üçün $17,5 milyard təşkil edəcək.