Xəzərin türkmən sektorunda fəaliyyət göstərən Dragon Oil (BƏƏ, Böyük Britaniya) 2015-ci ilin birinci yarısında xammal ixracını bir il əvvəlki 5.9 milyon barel ilə müqayisədə 10.2 milyon barelə qədər artırıb.
Xəbərə görə,neft ixracının 87% Bakı limanından,qalan hissəsi isə Mahaçqaladan həyata keçrilib.
Hesabat dövründə orta sutkalıq neft hasilatı ötən ilin eyni dövrünün 73,44 bareli ilə müqayisədə 92,06 barel təşkil edib.
Türkmənistan hökuməti ilə PSA (Hasilatın Pay Bölgüsü Sazişi) 1999-cu ildə imzalanıb.
Şirkət London və Dublin fond birjalarında qeydiyyatdan keçib. Şirkət əsas fəaliyyətini Cənubi Xəzər hövzəsinin Çeleken müqavilə sahəsində həyata keçirir. Müqavilə ərazisinin ümumi sahəsi 950 kvadrat kilometr təşkil edir və Ceytun,Jıqalibek və Çeləkənqünməz yataqlarından ibarətdir.