Fitch reytinq agentliyi öz hesabatında bildirir ki,İran yanlız uzunmüddətli perspektivdə dünyanın aparıcı qaz ixracatçısı ola bilər.
Fitch hesab edir ki,hətta sanksiyaların qaldırılmasından sonra İrana ən azı 5 il vaxt lazımdır ki,qaz hasilatını artırsın və ixracat üçün lazımı boru kəmərləri inşa etsin.
İran beynəlxalq sanksiayaların qaldırılmasından sonra bir sıra qaz kəmərləri inşa etməyi planlaşdırır.
Məsələn, İran ötürmə gücü ildə 35 milyard kub metr olan İGAT-9 kəməri ilə Cənubi Fars yatağından Türkiyə vasitəsilə Avropaya qaz nəqlini planlaşdırır.
Fitch hesabatında bildirir ki,hal-hazırda Türkiyədə Avropa bazarına qaz nəqli üçün tranzit boru kəmərləri yoxdur. Agentlik qeyd edir ki,Türkiyədə inşaat mərhələsində olan yeganə qaz boru kəməri Transanadolu qaz kəməridir ki,onunda ötürmə gücü ilkin mərhələdə 16 milyard kub metr olacaq. Bu kəməri ilə 10 milyard kub metr Azərbaycan qazı Türkiyə vasitəsilə Yunanıstan və İtaliyaya Trans Adriatik boru kəməri ilə ixrac ediləcək.
“TAP və TANAP kəmərlərinin İran qazını qəbul etməsi üçün onların gücü artırıla bilər. Bizim hesablamarımıza görə,kompressor stansiyalarının inşasına və İranda təbii qaz hasilatının artırılmasına bir neçə il gedə bilər” – deyə Fitch qeyd edir.
“LNG layihələrinin inkişafı daha bahalıdır və çox vaxt aparacaq.Biz hesab edirki ki,İran LNG ixracına 2020-ci ilin ortalarınadan tez başlamayacaq”,- deyə hesabatda qeyd edilir.