Mehr informasiya agentliyi xəbər verir ki,İran qonşu ölkələrə elektrik enerjisi ixrac etmək istəyir.
İranın qaz ixracı üzrə milli şirkətinin (NIGEC) direktoru Ali Rezı Kameli bildirib ki,Türkiyə,Əfqanıstan,Pakistan,İrak və Birləşmiş Ərəb Əmirlikləri İrandan elektrik enerjisi alacaqlar.
Kamelinin informasiyasına görə,elektrik enerjisnin ixracı üzrə ilk müqavilə NİGEC ilə özəl şirkət arasında 2015-ci ilin yanvarında imzalanmışdı. O əlavə edib ki,qazın elektrik enerjisinə çevrilməsi üzrə daha 4 müqavilə imzalanıb.
Bundan başqa Kameli agentliyə bildirib ki,2014-cü ildə Türkiyə ilə qaz elektrik stansiyasının inşası barə müqavilə imzalanıb. Hazırda İran gələcək stansiyanın tikilməsi üçün əlverişli yer axtarır.