Transanadolu qaz xəttinin (TANAP) tikinti layihəsi ilə bağlı ilk qaynaq işləri avqustda başlayacaq. Trend-in Türkiyənin “DHA” agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu “TEKFEN” inşaat şirkətinin direktoru Levent Kafkaslı deyib.
O bildirib ki, hazırda TANAP layihəsi ilə bağlı tikinti işləri üçün hər şey hazırdır.
Qeyd edək ki, SOCAR 2014-cü ildə TANAP-ın tikintisi üzrə 3 lot üzrə tender keçirmiş və qalibləri müəyyən etmişdi. “Fernas Insaat A.S.”, “Sicim-Yuksel-AKKORD Adi Ortakligi” və “TEKFEN Insaat ve Tesisat A.S”. şirkətləri 1337 km-lik hissəni, yəni Gürcüstan-Türkiyə sərhədindən Əskişehirə qədər olan məsafəni tikəcəklər.
Caspian Barrel xatırladır ki, Boru hissəsinin Əskişehirdən Türkiyə-Yunanıstan sərhədindəki İspalı məntəqəsinədək olan hissəsi üzrə tenderin qalibi isə bu il müəyyənləşəcək. Həmin hissənin tikinti işləri bir qədər gec başlayacaq, çünki Azərbaycan qazının Avropa şirkətləri tərəfindən qəbulu geçikdirilir və 2020-ci ildən tez baş verməyəcək.