Türkmənistan bu ilin sonunda “Şərq-Qərb” magistral qaz kəmərinin inşasını başa çatdırmağı planlaşdırır. Bu barədə Neft və Mineral Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Boru kəməri Türkmənistanın bütün iri qaz yataqlarını birləşdirəcək və eləcə də iki istiqamətdə dünya bazarlarına türkmən qazının ixracı üçün şərait yaradacaq.
Martın sonunda xəbər verilmişdi ki, Türkmənistan ixrac qaz kəməri “Şərq-Qərb” ixrac kəmərində sınaq işləri aparır.
Şatlıdan Beleke qədər inşa ediləcə boru kəmərinin uzunluğu 773 km-dir və layihə üzrə 30 milyard kub metr ötürmə gücü var. “Şərq-Qərb” boru kəməri üçün əsas xammal ölkənin ən böyük qaz yatağı Qalkanış olacaq.