2015-ci ilin yanvar-martında Rusiyanın neft məhsulları ixracından gəlirləri 27.2% azalaraq $19,771 milyard təşkil edib. Bu barədə Federal Gömrük Xidmətinin (FCS) məlumatında bildirilir.
2015-ci ilin yanvar-martında uzaq xaricə neft məhsullarının ixracı $18,522 milyarda 43.635 milyon ton (24% azalma),MDB ölkələrinə isə $1,249 milyarda 2.169 milyon ton (2.2 dəfə azalma) təşkil edib.
$740,8 milyon məbləğində (1.297 milyon ton ) benzin, $7,642 milyard (13.788 milyon ton) məbləğində isə dizel yanacağı ixrac edilib.