Dünyanın ən böyük neft-servis şirkətlərindən biri olan “Baker Hughes” ixtisarların miqyasını və aktivlərin optimallaşdırmasını artırıb.
Şirkətin press-relizində bildirilir ki, indi onlar 10 500 işçini (heyətin 17%) ixtisar etmək niyyətindədir.
Bundan əlavə, “Baker Hughes” bütün dünya üzrə 140 obyektini ya bağlayacaq ya da birləşdirəcək. Həmçinin ziyanla işləyən obyektlərdən imtina ediləcək. Bu addımlar şirkətin xərclərini $700 milyon azaltmalıdır.
Şirkət ilin birinci rübündə $589 milyon məbləğində zərər əldə edilib. Gəlir isə 20% azalaraq $4,6 mlrd təşkil edib.