Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib ki, Türkiyə ərazisindən Rusiya qazının nəqli üçün inşa ediləcək istənilən boru kəməri Avropa İttifaqı ilə razılaşdırılmalıdır.
Türkiyəyə səfəri zamanı Maroş Şefçoviç bildirib ki,Aİ Rusiyadan heç bir təkil almayıb. O qeyd edib ki,istənilən plan iqtisadi cəhətdən səmərəli olmalı və “Qazprom” şirkətinin Avropa müştəriləri qarşısındakı cari öhdəlikləri ilə uzlaşmalıdır.
“Biz avropalı istehlakçılar üçün böyük həcmdə tədarük barədə danışıdığımız zaman ,Aİ və Avropa Komissiyası ilə məsləhətləşmələr olmadan, belə bir qərar qəbul edə bilməz” – Ankarada keçirilən brifinqdə Şefçoviç bildirib.