Türkmənistan hökümətinin məlumatında deyilir ki,İran Türkmənistana öz ərazisi ilə başqa ölkələrə qaz ixracı imkanını öyrənmək təklifini edib.
“Bizim ölkələrimiz neft və qazın ən böyük istehsalçıları sırasına daxildir və bu istiqamətdə tərəfdaşlığımız genişlənəcək”, – deyə Həsən Ruhani 10-11 mart tarixlərində Aşqabadda rəsmi səfəri zamanı bildirib.
Onun sözlərinə görə, səfər zamanı tərəflər İrana türkmən qazının ixracının daha da artırılması barədə fikir mübadiləsi aparılıb.
Xüsusi nümunulərə istinad edən Q.Berdimuhammedov qeyd edib ki,son illər ərzində türkmən qazının tədarükü üçün İrana ikinci qaz xətti,Çinə isə üç beynəlxalq qaz kəməri inşa edilib.
“Hazırda boru kəmərinin dördüncü xəttinin inşasına hazırlıq gedir. Perspektivdə beynəlxalq və regional əhəmiyyətli “Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan” (TAPI) və Trans-Xəzər qaz kəmərləri layihələrinin həyata keçrilməsi nəzərdə tutulur”- deyə prezident bildirib və İranın maliyyə strukturlarını bu layihələrdə iştirak etməyə dəvət edib.